Əli Əsədov İranın birinci vitse-prezidenti ilə görüşüb


  • 16:44 / 06 10 2022 |
  • Bölmə: Siyasət


Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada İranın birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.

Bu barədə "Rupor''"a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-
kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Oxşar xəbərlər