Qənirə Paşayeva şəhid Amid Salayevin atasına təşəkkür etdi


  • 18:19 / 03 01 2021 |
  • Bölmə: Sosial / Bilgi


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Sığdaş kənd sakini, şəhid əsgər Amid Salayevin atası Yadulla Salayevlə görüşüb.
Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz şəhid atası, Siz, Vətən uğrunda comərdcə döyüşərək öz canını fəda etmiş əsgərimizin atasısız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Sizə minnətdarıq! 
Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. 
Biz bilirik ki, Amid kəşfiyyatçı kimi Vətən torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, bir çox döyüş əməliyyatlarında qəhrəmanlıqla iştirak edib, öz şücaəti iləs eçilib. Amid Vətən qarşısında əsgəri borcunu vicdanla, şərəflə yerinə yetirib, Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə son damla qanına qədər döyüşərək, qəhrəmancasına şəhid olub.
Sizin oğlunuz Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən "Vətən uğrunda",  “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilib.
Oğlunuz, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fədakarlıqla iştirak edib, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib.
Amid kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyulub. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

Şəhidimizin əziz atasına tarixi zəfər münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar təqdim edi
lib.





Oxşar xəbərlər