Şəhid Elməddin Nəzərovun atası komitə sədri ilə görüşdü


  • 21:18 / 07 01 2021 |
  • Bölmə: Sosial / Bilgi


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayonu, Binə Xocavar kənd sakini, Vətən Müharibəsinin şəhidi Elməddin Nəzərovun atası İsmayıl Nəzərovla görüşüb. 
Komitə sədri şəhid atasını düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz Şəhid atası,
Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
Oğlunuz Elməddin Vətən Müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib.
Oğlunuz Vətən Müharibəsinə könüllü gedib. Şəhid oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid valideynlərisiz.
Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm”!
Şəhid atasına Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar təqdim edilib.





Oxşar xəbərlər