Qənirə Paşayeva Vətən müharibəsi qazilərilə görüşdü


  • 22:39 / 21 01 2021 |
  • Bölmə: Sosial


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşüb, onların qayğıları ilə yaxından maraqlanıb.
Qazilər Cəbrail Cəbrailov, Vüqar Usublu, Vüsal İslamov, Süleyman Paşayev, Səfixan Səfərov, Qələndər Məmmədov, Turqay Məmmədov, Rəşad Haqverdiyev, Şəmsi Məmmədov, Şəmsi Hacıyevi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri deyib: “Əziz qazilər,
Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb.
Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, yeni təqvim ilində yeni uğurlar diləyirəm”!

Q.Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatları təqdim edib.
Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.



















Oxşar xəbərlər