Fəaliyyəti bərpa olunan sahələrdə çalışanlar işə necə gedəcəklər – QAYDA


  • 13:50 / 27 04 2020 |
  • Bölmə: Sosial


Azərbaycan Respublikası Nazirlər Kabineti 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib. Qərara görə bu gündən  aşağıdakı sahələr üzrə fəaliyyət bərpa olunacaq. 
 
Buna baxmayaraq, həmin sahələrdə çalışan şəxslər haqqında məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına yerləşdirilməlidir. 
 
Fəaliyyəti qismən bərpa olunan sahələr: 

- "SAN Xidmət" mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək.
  Sadəcə olaraq vətəndaşlar kütləvi toplaşmanın qarşısını almaq üçün əvvəlcədən növbə almalıdırlar.

- fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
- kitab satışı
- qəzet satışı
- dəftərxana mallarının satışı
- çap və sürətçıxarma fəaliyyəti
- fotoatelye/fotostudiyalar
- fərdi mənzillərdə təmizlik xidmətləri
- dərzi xidmətləri
- kosmetika və ətriyyat satışı
- geyim satışı
- ayaqqabı və dəri məmulatlarının satışı
- qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
- mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
- kompüter avadanlıqlarının satışı və təmiri
- elektronika və məişət texnikasının satışı
- mebel satışı
- avtomobil satışı
- kimyəvi məhsulların satışı
- gül və bitki məhsullarının satışı
 - kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

- gübrə və aqrokimyəvi məhsulların satışı
 



Oxşar xəbərlər