Xocalı şəhidlərinin xatirəsinə beynəlxalq poçt markaları çap edilib


  • 17:41 / 25 02 2021 |
  • Bölmə: Sosial



Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.

"Rupor" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və "#justiceforkhojaly" ("Xocalıya ədalət!") yazısı  əks olunub.

Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində "#justiceforkhojaly" yazılmış poçt markalarının yapışdırıldığı konvertlərdə göndərəcəklər.




Oxşar xəbərlər