Komitə sədri Milli Məclisdə 2 oğlu şəhid olmuş ana ilə görüşdü - Fotolar


  • 13:42 / 27 02 2021 |
  • Bölmə: Sosial


Milli Məclis-in Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Vətən Müharibəsində 2 oğlu şəhid olmuş ana ilə görüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mingəçevir şəhər sakini, Vətən Müharibəsinin şəhidləri Musa və Turalın anası Nəhayət Həsənova ilə Milli Məclisdə görüşüb, ürək sözlərini bölüşüb, ailənin qayğıları ilə maraqlanıb: 
"Əziz şəhid anası, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Şəhid oğullarınızın ruhu qarşısında dərin ehtiram və minnətdarlıqla baş əyirəm.

Musa və Tural Həsənovlar cəbhəyə könüllü getmişdi. Şəhid oğullarınız Azərbaycan Prezidentinin Sərəncamı ilə ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərkən, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirdiklərinə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Musa həmçinin "Suqovuşanın azad olunmasına görə" medalı ilə də təltif olunub.

Musa və Tural kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övladlar böyütdüyünüz üçün təşəkkür edirik"!
Şəhidlərin anasına Komitə adından Məktub təqdim edilib.

Görüşdə "EtikXəbər" saytının baş redaktoru Kamil Həmzəoğlu iştirak edib.












Oxşar xəbərlər