
"İnformasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış, abonentlər arasında çaşqınlıq yaradan məlumatlar dogru deyil və həqiqəti əks etdirmir".
"Rupor" Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin yaydığı məlumatda qeyd edilir.
"Azərişıq" istehlakçıları belə məlumatlara inanmamağa çağırır:
"Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vaxtda və yerdə rahatca ödənişlərini apara bilərlər".
