Milli parklara giriş pulsuz olacaq


  • 12:06 / 02 03 2021 |
  • Bölmə: Sosial


“Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.

“Rupor” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Qeyd olunub ki, ziyarətçilər milli parklara giriş haqqından azad ediləcək.

Xatırladaq ki,  2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, ictimaiyyəti vəhşi təbiətə qayğı göstərməyə səsləmək və bu sahədə maarifləndirməkdir.

Hər il müxtəlif adlar altında qeyd olunan “Ümumdünya Vəhşi Təbiət Günü” bu il  “Meşələr və həyat: dayanıqlı cəmiyyət və planet” başlığı altında keçirilir.




Oxşar xəbərlər