Məktəb koronavirus səbəbindən onlayn tədrisə keçdi


  • 21:55 / 06 03 2021 |
  • Bölmə: Sosial


Gəncə şəhərində yerləşən 37 saylı məktəb koronavirus səbəbindən dayandırılıb. 900-ə yaxın şagirdi olan təhsil müəssisəsində tədris prosesi onlayn qaydada təşkil olunub. 

"Rupor" Yenisabah.az-a istinadən xəbər verir ki, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib ki, gələn həftə şagirdlərin əyani şəkildə məktəbə gələcəyi nəzərdə tutulub. 

O da bildirilib ki, təhsil ocağında artıq bir neçə dəfə dezinfeksiya işləri aparılıb. 

Məsələ ilə bağlı Baku TV-nin süjetini təqdim edirik: 






Oxşar xəbərlər