Sülhməramlılar Kəlbəcərə növbəti humanitar yardım göndərdi


  • 11:38 / 15 03 2021 |
  • Bölmə: Sosial / Bölgə


Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 yük avtomobilindən ibarət 130 ton humanitar yükün çatdırılmasını təmin edib.

Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Rusiya Humanitar Reaksiya Mərkəzinin yeddinci karvanı 130 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) Kəlbəcər rayonuna çatdırıb. 

“Yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, - deyə Rusiya MN-in məlumatında qeyd olunub . 

Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi nəticəsində yeddi avtomobil karvanı ilə təxminən 1300 ton yük daşınıb.



Oxşar xəbərlər