UST "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir


  • 20:39 / 06 04 2021 |
  • Bölmə: Sosial


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir.

"Rupor" xəbər verir ki, bu barədə ÜST-ün sözçüsü Marqaret Harri brifinqində deyib.

"ÜST olaraq bu mərhələdə peyvənd pasportunun giriş və ya çıxış tələbi olaraq görmək istəmədiyimizi bəyan edirik, çünki bu mərhələdə peyvəndin virusun ötürülməsinin qarşısını alıb-almadığına əmin deyilik", -deyə ÜST-ün sözçüsü bildirib.

O, həmçinin əlavə edib ki, bu, müxtəlif səbəblərdən peyvənd oluna bilməyən insanlara qarşı ayrı-seçkilik məsələsini ortaya çıxaracaq./APA




Oxşar xəbərlər