Deputat koronavirusa yoluxdu


  • 11:48 / 07 04 2021 |
  • Bölmə: Sosial


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov koronavirusa yoluxub.

"Rupor" xəbər verir ki, bu barədə Modern.az-a deputatın özü bildirib. S.Seyidov bildirib ki, hazırda karantində izolyasiya olunur.

Qeyd edək ki, daha əvvəl Milli Məclisin deputatları olan Rəşad Mahmudov, Tahir Mirkişili, Azər Badamov, Tahir Kərimli, Məşhur Məmmədov, Sədaqət Vəliyeva, Məzahir Əfəndiyev, Vüqar Bayramov, Qənirə Paşayeva, Soltan Məmmədov, Tural Gəncəliyev, Nizami Səfərov, Ceyhun Məmmədov və Kamal Cəfərov da koronavirusa yoluxub.




Oxşar xəbərlər