Müharibədən sonra minadan ölən və yaralananların sayı açqlandı


  • 13:40 / 08 04 2021 |
  • Bölmə: Sosial



"Münaqişə bitəndən bəri 9-u mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib".


Bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 8-i mülki şəxs olmaqla, 85 vətəndaş ağır yaralanıb:

“Mina qurbanı olan 20 insanın həyatı xilas edilə bilərdi. Ermənistan bunu etmədi. Ermənistanın insan həyatına bais olan minaları basdırması müharibə cinayətidir". (APA)



Oxşar xəbərlər