"Ermənilər adət-ənələrimizi də silməyə çalışıb" - Mehman Nəbiyev - VİDEO


  • 20:44 / 13 04 2021 |
  • Bölmə: Sosial


"Bu Şərq çinarı bölğə üçün xarakterik çinarlardan biri olub. Dünyada çox az yerlərdə şərq çinarı bitir. Bəsitçay təbiət qoruğunda da Şərq çinarı var. Cəbrayıl rayonunda 13 ədəd şərq çinarı var. Bu çinarlar təbiət abidəsi kimi qeydə alınıb". 

Bu fikirləri Cəbrayıl rayonuna səfər edən "Rupor"un əməkdaşına açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib. 

Sektor müdiri bildirib ki, 1982-ci il Az.SSRİ-nin 16 mart tarixli 167 nömrəli qərarı ilə təbiət abidələri siyahısına daxil edilən ağacın yaşı 800 ildən çoxdur: "Bu ağaclar yerli sakinlər üçün də əhəmiyyət daşıyıb. Onlar buranı ziyarətgah kimi qəbul ediblər. Mənfur düşmın nəyinki ekoloji terror törədib, eyni zamanda adət-ənələrimizi də silməyə çalışıb.  Bundan başqa bu rayonda 9 belə şərq çinarı var. Aparılmış montorinqlər göstərir ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında 41 şərq çinarı var idi. Onlardan 35 şərq çinarı, digərləri palıd, saqqız ağacları olub. Gördüyünüz kimi onları ermənilər məhv edib. Kökündən yandırıblar".

Dilşad 





Oxşar xəbərlər