Orta aylıq pensiya məbləğində növbəti artım


  • 11:58 / 14 04 2021 |
  • Bölmə: Sosial


Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2021-ci ilin ilk rübündə də davam edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Rupor"a verilən məlumata görə, yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11,8% artaraq 1 aprel tarixinə 332 manata çatıb. O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 10,7% çoxdur.





Oxşar xəbərlər