Əyani təhsilin forması açıqlandı


  • 20:08 / 07 05 2021 |
  • Bölmə: Sosial


Mayın 17-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə əyani formada təşkil ediləcək.

"Rupor"
xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyindən APA-ya  bildirilib. Qeyd olunub ki, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.




Oxşar xəbərlər