Dərnək məşğələlərinin əyani aparılmasına icazə verildi


  • 20:45 / 07 05 2021 |
  • Bölmə: Sosial


Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq. 

"Rupor" xəbər verir ki, bu barədə Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarındə öz əksini tapıb.

Qeyd edək ki, mövcud qərara əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində mayın 17-dən əyani tədris forması qismən bərpa ediləcək.




Oxşar xəbərlər