Kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək - Rəsmi


  • 17:36 / 08 05 2021 |
  • Bölmə: Sosial


“Summativ testlərin əyani formada keçirilməsi planlaşdırılır”.

“Rupor”
xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, pandemiya dövrü nəzərə alınaraq, kiçik və böyük summativ testlər birləşdiriləcək:
“Bir dəfə yekun qiymətləndirmə etməklə, yarımillik qiymət çıxarılacaq”.

E.Əmrullayev qeyd edib ki, şagirdlərə az yük düşməsi şərtilə qiymətləndirmə aparılacaq”.




Oxşar xəbərlər