Ramiz Əzizbəyli dəfn edildi - Yenilənib - Fotolar


  • 13:53 / 10 06 2021 |
  • Bölmə: Sosial


Xalq artisti Ramiz Əzizbəyli dəfn olunub.

"Rupor" xəbər verir ki. o, Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində R.Əzizbəylinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
***
11:51
Xalq artisti Ramiz Əzizbəyli ilə vida mərasimi başlayıb.

Vİda mərasimi Xalq artisinin yaşadığı binanın önündə keçirilir.

Mərasimdə R.Əzizbəylinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak edirlər.

Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin nəşi ailəsinə təhvil verilib. Mərhumun cənazəsi yaşadığı evə gətirilib.

O, Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.









Oxşar xəbərlər