"Təhsilimiz kifayət qədər çətin proseslə üz-üzə qaldı" - Emin Əmrullayev


  • 20:04 / 10 06 2021 |
  • Bölmə: Sosial


“Tədris ili sona yetir. İlin yekunları daha geniş təhlil olunacaq”.

"Rupor" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev tədris ilinin yekunlarına dair canlı yayımda çıxışında bildirib.

O deyib ki, bu ilki tədris ili fərqli oldu: “Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qalib gəldi. Bu müharibədə Azərbaycan müəllimləri də iştirak ediblər. Bu tədris ilinin təsirlərini biz uzun illər hiss edəcəyik. Eyni zamanda bu tədris ilində arada pandemiyaya görə xeyli fasilələrə gedəsi olduq. Birmənalı olaraq COVİD pandemiyası təhsil sahəsinə müsbət təsir etmədi, təhsilimiz kifayət qədər çətin proseslə üz-üzə qaldı”.



Oxşar xəbərlər