Təhsil ocağının Bakı ofisinin açılışı oldu - VİDEO


  • 21:04 / 10 06 2021 |
  • Bölmə: Sosial


Türkiyənin və dünyanın ən böyük sənaye universitetlərindən olan Ostim Texniki Universitetinin Bakı ofisinin açılışı baş tutub.

"Rupor" xəbər verir ki, tədbirdə universitetin rektoru Murat Yülek, Azərbaycan Texniki Universiteti və xəzər universitetinin rəhbər heyəti, millət vəkili Razi Nurullayev və digər ictimai xadimlər iştirak ediblər.

Ostim Texniki Universitetinin Azərbaycan ofisinin direktoru Fuad Hacıyev açılış sözü ilə qonaqları salamladıqdan sonra universitetin rektoru Murat Yülek həm təhsil ocağı haqqında məlumat verib, həm də ortaq görüləcək proqramlardan söz açıb: "İstəyirik ki, azərbaycanlı gənclər də mühəndislik sahəsində özlərini inkişaf etdirsinlər, Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinə öz töhfələrini versinlər. Bunun üçün çalışırıq ki, azərbaycanlı gənclərin Türkiyədə təhsilalma imkanlarını genişləndirək. Azərbaycanın Təhsil Nazirliyi və başqa qurumlarla əməkdaşlıq etməkdən məmnunuq".

Qeyd edilib ki, Azərbaycan Texniki Universiteti və Ostim Texniki Universiteti arasında 2-li diplom proqramı sözləşməsi imzalanıb.

Fuad Hacıyevin sözlərinə görə, universitet bütün Azərbaycan tələbələrinə təhsil haqqına 85% endirim edib və xarici vətəndaşlar üçün təhsil haqqının 15 000 dollar olmasına baxmayaraq, azərbaycanlılar üçün bunun sadəcə 2000 dollar təşkil etdiyini bildirib.

Ostim Texniki Universitetində Elektrik və elektronika mühəndisliyi (ingiliscə), Kompüter mühəndisliyi (türkcə və ingiliscə), Mexanika mühəndisliyi (ingiliscə), Proqramlaşdırma mühəndisliyi (türkcə), Sənaye mühəndisliyi (türkcə), Sənaye məhsullarının dizaynı (türkcə), İç mimarlık ve çevre tasarımı (türkcə), İnformasiya sistemləri menecmenti (türkcə), Beynəlxalq ticarət və maliyyə (ingiliscə), İqtisadiyyat (ingiliscə) ixtisasları var.






Oxşar xəbərlər