Şəhid jurnalistlərə şeir yazıldı


  • 10:25 / 19 06 2021 |
  • Bölmə: Sosial


Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək həlak olan media əməkdaşları - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimova şeir həsr olunub.

"Rupor" Bakupost.az a istinadən xəbər verir ki, şeirin müəllifi Elşad Baratdır.

Həmin şeiri təqdim edirik:


Salam, alın yazısı
Zəfər üstə qəm şəhid.
Salam, jurnalist adam,
Silahı qələm şəhid.

Sən yazı adamısan,
Susa biləcəksənmi?
Öz başına gələni,
Yaza biləcəksənmi?

Yazma! "Vətən" yazından,
Qiymətini almısan,
Bu dəfə tarix yazıb,
Tarixə yazılmısan.

Yazılmısan şəhidlik,
Zirvəsinə əbədi,
Zəfər şəhidlərinin,
Xəbər şəhidi kimi.

Sağ ol, salam deyərsən,
Şəhid qəhrəmanlara,
Qayalara dırmanıb,
Şuşanı alanlara.

Deyərsən, qayıdırıq,
Doğma yurda, bizimdi.
Deyərsən, Xankəndi də,
Zəngəzur da bizimdi.




Oxşar xəbərlər