Abşeronda 2 mindən çox insana Qurban payı verildi


  • 09:54 / 22 07 2021 |
  • Bölmə: Sosial

 
Qurban bayramı münasibətilə Abşeron rayonunun bütün kənd və qəsəbələrində ümumilikdə 2 mindən çoxinsana bayram payı verilib. 

"Rupor" xəbər verir ki, Qurban payları şəhid və qazi ailələrinə, Çernobıl əlillərinə, Əfqanıstan veteranlarına, kimsəsiz və aztəminatlı ailələrə təqdim edilib. 

Saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə bütün ailələr təbrik edilib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulanıb.







Oxşar xəbərlər