Xanoğlan Əhmədov - 60 - maraqlı, mənalı, kübar ömür


  • 17:04 / 24 07 2021 |
  • Bölmə: Sosial


İyulun 24-də Azərbaycan mətbuatının tanınmış simalarından biri, mediada uzunmüddətli peşəkar fəaliyyəti sayəsində qazandığı əvəzsiz təcrübəsi ilə gənc yazarların yoluna işıq salan Xanoğlan Əhmədovun 60 yaşı tamam olur.

Xanoglan Əlüseyn oglu Əhmədov 24 iyul 1961-ci ildə Yardımlı rayonunun Şiləvəngə kəndində anadan olmuşdur. 1982-1987-ci illərdə ADU-da (indiki BDU) ali təhsil almışdır.

1982-97-ci illərdə Yardımlı rayon MKS-də direktor müavini, Yardımlı rayon Komsomol Komitəsinin katibi, Yardımlı rayon İcra Hakimiyyətində şöbə müdiri, Yardımlı rayon Mədəniyyət şöbəsində inspektor vəzifələrində çalışmışdır.

1999-cu ildən 2016-cı ilə kimi “Ekspress” qəzetində müxbir, “Geopolitika XXI əsr” qəzetində baş redaktor işləmişdir. 2005-ci ildən “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin təsisçisi və sədri, 2017-ci ildən "İlkxeber.org" saytının təsisçisi və baş redaktorudur.



"İlkxeber.org" saytı Azərbaycan Mətbuat Şurasının, “Media və Mülki Cəmiyyət” İctimai Birliyi isə Azərbaycan Milli QHT Forumu, Azərbaycan Mətbuat Şurası, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvüdür.

Bütün fəaliyyəti göz önündə olan X.Əhmədov həmişə olduqca diqqətli, dövlətin və Vətənin maraqlarına son dərəcə məsuliyyətli olub, yüksək təşkilatçılığı və idarəetmə bacarığı ilə fərqlənib, özünü doğma Vətənə, vətəndaşlara xidmət etməyə borclu sayıb, ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə xidmət edən bir sıra layihələrin həyata keçirilməsində yaxından iştirak edib.

Xanoğlan Əhmədov imzası keşməkeşli inkiaf yolu keçən mətbuatımızın müstəqilliyimizin bərpasından ötən dövrə aid tarixinin rəmzlərindən birinə çevrilib. X.Əhmədovun media cameəsində və ümumiyyətlə, cəmiyyətdə qazandığı hörmət və rəğbət onun öz işinə peşəkar və vicdanlı münasibətinin məntiqi nəticəsidir.



Xanoğlan Əhmədovun mətbuatdakı fəaliyyəti zamanı üstünlük verdiyi cəhətlərdən ən başlıcası peşə etikasını hər zaman yüksək tutması, yetişən gənc jurnalistlərə də bunu hər zaman təlqin etməsidir. Onun öz qələminə və prinsiplərinə sədaqəti isə həqiqətən də, çoxlarına örnək olacaq səviyyədədir. Cəmiyyətdə ona olan səmimi münasibətlər Xanoğlan Əhmədovun qazandığı rəğbətin özünəməxsus göstəricisidir.

Xanoğlan Əhmədovun fəaliyyəti sadəcə, yazmaqla, ictimaiyyəti narahat edən problemləri və onlardan çıxış yollarını göstərməklə, məhdudlaşmır. Medianın nəzəri problemlərinin araşdırılmasına da ciddi yanaşan Xanoğlan Əhmədov “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri və “İlkxeber.org” saytının baş redaktoru olaraq, mətbuatın cəmiyyət həyatının müxtəlif istiqamətlərində rolunun müəyyənləşdirilməsinə dair vacib tədqiqatların da müəllifidir.



Xanoğlan Əhmədov QHT sədri kimi bu sahədə nümunəvi fəaliyyəti ilə ciddi uğurlara imza atıb. Onun rəhbərlik etdiyi “Media və Mülki Cəmiyyət” İctimai Birliyi ölkəmizdə ictimai sektorun-vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi sahəsində bu gün də öz töhfəsini verməkdədir.

Onun bu çərçivədə təşkil etdiyi tədbirlər qoyulmuş problemlərin öyrənilməsinə əhəmiyyətli töhfə verməkdədir. Əlbəttə ki, Xanoğlan Əhmədovun həyatı sadəcə, QHT sektoru və media fəaliyyəti ilə hüdudlanmır. O, qayğıkeş ailə başçısı kimi cəmiyyətin nümunəvi fərdləri sırasında yer tutur.

Təbriklərə "Rupor" komandası da qoşulur. Xanoğlan müəllimi yubileyi münasibəti ilə təbrik edir.






Oxşar xəbərlər