Ağdamda “Birinci Qarabağ forumu keçirildi - Fotolar


  • 17:49 / 17 09 2021 |
  • Bölmə: Sosial


Dövlət Agentliyinin sədr müavini Ağdamda təqdimatla çıxış edib

"Rupor" xəbər verir ki, 16 sentyabr 2021-ci il tarixində Ağdam şəhərində “Birinci Qarabağ forumu: innovasiya və inkişaf” tədbiri keçirilib. Tədbirin əsas müzakirə mövzusu Qarabağ iqtisadiyyatının innovativ inkişafı, rəqəmsal yanaşmaların tətbiqi, ərazilərin effektiv məskunlaşması olub. 

İlkin olaraq Ağdam şəhəri ilə tanışlıq baş tutub.

Sonra tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov,  Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AMEA-nın İqtisadiyyat İnstitutu direktoru Nazim İmanov çıxış ediblər.

Ardınca  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, AMEA İqtisadiyyat İnstitutunun “Post-konflikt ərazilərin bərpası” Elmi mərkəzinin rəhbəri Akif Musayev müxtəlif mövzularda çıxışlar ediblər.
 
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “Qarabağda innovativ - iqtisadi sahələrin inkişaf potensialı və perspektivləri” mövzusunda təqdimat edib. 

Təqdimatda Dövlət Agentliyinin ağıllı idarəetmə, rəqəmsal hökumət və innovativ həllər istiqamətində uğurlu yanaşmaları barədə məlumat verililib, “Smart ASAN” və “ASAN 2.0” konseptləri, “ASAN müraciət” informasiya sistemi və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi kimi reallaşmış layihələrin Qarabağda tətbiqinə dair fikir mübadiləsi aparılıb. Qarabağda və Şərqi Zəngəzur bölgəsində həyat keyfiyyətinin artırılması, eyni zamanda məskunlaşacaq əhali üçün ictimai xidmətlərin əlçatanlığının və effektivliyinin təmin edilməsi məqsədilə infrastrukturun yeni texnologiyalar əsasında qurulmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Vurğulanıb ki, bunun üçün qabaqcıl beynəlxalq təcrübə ilə yanaşı, ölkəmizdə tətbiq edilən yerli mütəxəssislər tərəfindən hazırlanan konsept və texnologiyalardan istifadə etmək zəruridir.

Tədbir çıxışlar, sual-cavab sessiyası, xatirə şəklinin çəkilməsi ilə davam edib.

Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət mətni qəbul edilib.







Oxşar xəbərlər