QHT-lərin fəaliyyəti müzakirə edildi


  • 15:53 / 21 10 2021 |
  • Bölmə: Sosial


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

"Rupor" xəbər verir ki, Müşahidə Şurasının qərarı ilə Agentliyin 2021-ci il qrant müsabiqəsi mövzuları və layihələrin qiymətləndirilməsi üzrə ekspertlərin ümumi siyahısı təsdiq olunub.

İclasda Azərbaycanda fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarının mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə konsepsiya sənədi layihəsi, QHT sektorunun institusional inkişafı və QHT layihələrinin maliyyələşdirilməsində özəl sektorun iştirakının təşviq edilməsi haqqında məsələlərə baxılıb və hər üç məsələ ilə əlaqədar müvafiq qərarlar qəbul edilib.

Sonda Müşahidə Şurası QHT sektorunun fəaliyyətinə aid qəbul edəcəyi sənəd layihələri ilə bağlı ictimai müzakirələrin keçirilməsi barədə qərar qəbul edib.




Oxşar xəbərlər