Tibbi xidmətlərə görə ƏDV qaytarılacaq - İlk dəfə


  • 13:13 / 03 11 2021 |
  • Bölmə: Sosial / Səhiyyə


Milli Məclisin komitə iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı çıxış edən Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov yeniliklərdən bəhs edib.

"Rupor" xəbər verir ki, N. İmanov bildirib ki, qanunvericiliyə təklif olunan dəyişikliklər qəbul olunarsa, tibbi xidmətlərə görə əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkün olacaq.

Ancaq avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına görə ödənilən ƏDV geri alınmayacaq.

Belə ki, 165.5-ci maddəyə təklif edilən dəyişikliyə görə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları, istisna olmaqla) habelə tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi orqan (qurum) müəyyənləşdirir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Deputatlar çıxışlarında tibbi xidmətlərə görə ƏDV-nin tətbiqini təqdir etməklə yanaşı, bir sıra təkliflərini də səsləndirdilər.




Oxşar xəbərlər