15 ölkənin gəncləri “Zəfər” Yarmarkasında - Fotolar


  • 15:15 / 09 11 2021 |
  • Bölmə: Sosial


İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda yaşayan və təhsil alan üzv dövlətlərin nümayəndələrinin “YAŞAT” Fondunun “Zəfər”  Yarmarkasına  ziyarəti gerçəkləşib.

Ziyarətin əsas məqsədi sözügedən xarici tələbələrə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin nəticələrini əyani şəkildə göstərmək, o cümlədən, əldə edilən təəssüratların İƏT məkanında yayılmasına öz töhfəsini verməkdir.

15  ölkənin gənclərinə məlumat verilib ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə 
“ASAN xidmət”in tabeliyində “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Həmçinin məlumat verilib ki, “Zəfər” Yarmarkası 29 oktyabr - 9 noyabr tarixini əhatə edir. 

“Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutan yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

29 oktyabr - 9 noyabr tarixini əhatə edən Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur. Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.











Oxşar xəbərlər