Qiyabi təhsil alan tələbələrə niyə kredit verilmir? - Nazirlikdən açıqlama


  • 16:59 / 26 11 2021 |
  • Bölmə: Sosial


Təhsil nazirinin müavini İdris İsayev qiyabi təhsil alan tələbələrə təhsil tələbə kreditinin verilməməsinin səbəbini açıqlayıb.

"Rupor" xəbər verir ki, nazir müavini deyib ki, əyani təhsil alan tələbələrin əmək bazarına çıxışı mümkün olmur:

“Ancaq qiyabi təhsil alan tələbələrin əmək bazarına çıxmaq və öz təhsil haqqını ödəmək imkanı var. 266 min tələbədən yalnız 13-15 min tələbə qiyabi təhsil alır ki, bu da böyük rəqəm deyil”.




Oxşar xəbərlər