Tibb işçilərinə əlavələrin verilmə müddəti uzadıldı


  • 18:24 / 26 11 2021 |
  • Bölmə: Sosial


Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb. 

"Rupor"
xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
 
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il yanvarın 1-dək veriləcək. Əvvəl bu müddət 2021-ci il noyabrın 1-dək müəyyən edilib.



Oxşar xəbərlər