Dəmiryolçuların Həmkarlar İttifaqı şəhid ailələrinə və qazilərə dəstək göstərir – - Fotolar


  • 14:27 / 31 12 2021 |
  • Bölmə: Sosial



Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uğrunda şəhid olan, yaralanan dəmiryolçular, bu qurumda işləyənlərin ailə üzvləri də var. 

"Azərbaycan Dəmir Yolları” QSC və Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi şəhidlərin və qazilərin maddi  vəziyyətinin yaxşılaşdırılmasını, digər sosial problemlərinin həll olunmasını daim diqqət mərkəzində saxlayır.

Həmkarlar İttifaqından “Rupor”a daxil olan məlumata görə, 44 günlük Vətən müharibəsində dəmir yolunda çalışan 4 nəfər, işçilərin ailə üzvlərindən 30 nəfər şəhid olub, 13 nəfər yaralanıb. 

Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyyəti 44 günlük Vətən Müharibəsində şəhid olan və yaralanan dəmiryolçulara və onların ailə üzvlərinə qayğı və diqqətin göstərilməsi haqqında 15 dekabr 2021-ci il tarixdə qərar qəbul edib. 

Bu qərara əsasən şəhid olan 7 dəmiryolçu ailəsi ilə Respublika Komitəsində və yerlərdə görüşlər keçirilib, görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin misilsiz qəhrəmanlığı vurğulanıb, ailələrin hər birinə 500 manat məbləğində maddi yardım  göstərilib, bayram sovqatları verilib. 

Müharibədə ailə üzvləri şəhid olan 30 dəmiryolçu ailəsinə və 14 nəfər yaralanan dəmiryolçuya ümumilikdə 6000 manat məbləğində maddi yardım edilib.

Şəhid ailələri olara göstərdiyi diqqətə və qayğıya görə “Azərbaycan Dəmir Yolları” QSC-nin və Dəmiryolçuların MHİRK rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər. 

Məlumatda daha sonra qeyd olunur: “Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət,  qazilərimizə şəfa  diləyirik, biz onların qəhrəmanlığı, fədakarlığı nəticəsində öz doğma torpaqlarımıza qayıtdıq. Onlar qəlbimizdə əbədi olaraq yaşayacaqdır. Bu Qələbəyə - 8 noyabr Zəfər Gününə görə onlara borcluyuq”. 




 






Oxşar xəbərlər