Rüsumlara edilən dəyişikliklər qüvvəyə mindi - Siyahı


  • 16:33 / 01 01 2022 |
  • Bölmə: Sosial / İqtisadiyyat


Bu gündən “Dövlət rüsumu haqqında” qanunda bir çox maddələr üzrə rüsum dərəcələrinə edilən dəyişikliklər qüvvəyə minir.

“Rupor” xəbər verir ki, dəyişikliyə əsasən nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata; nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılır.

Bundan əlavə soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün rüsum 10 manatdan 15 manata;
Xarici pasportları 10 iş günündə almaq üçün rüsum 40 manatdan 60 manata, 5 iş günündə almaq üçün 80 manatdan 120 manata, bir iş günü ərzində almağa görə rüsum 160 manatdan 210 manata;
Sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata artırılır. 
Digər dəyişikliklər isə aşağıdakı kimidir: 
Maşınların qeydiyyata alınmasına görə
- 2000 kubsantimetrədək olduqda - mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;
- 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;
- 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;
- 5000 kubsantimetrədək olduqda - 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;
- 5000 kubsantimetrdən çox olduqda – 1500 manat.

İpoteka müqaviləsinin təsdiqi üçün dövlət rüsumu Bakı şəhərində 110 manatdan 150 manata, digər şəhər və rayonlarda 44 manatdan 50 manata qaldırılır.

Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrə görə dövlət rüsumu 110 manatdan 200 manata qaldırılır.

Baytarlıq pasportunun verilməsinə (bir sənədə) görə 20 manat dövlət rüsumu tutulacaq.

Tikintinin layihəsinin qeydiyyatdan keçirilməsi üçün ödənilən rüsum 60 manatdan 90 manata qaldırılır.

- Mal və quş əti, balıq, yumurta, süd və bal üçün yeni dövlət rüsumları müəyyən edilir.

- Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata;
- xidməti silahın əldə edilməsinə icazənin verilməsinin ilkin qeydiyyatına görə rüsum 10 manatdan 20 manata;
- təkrar qeydiyyata görə isə 5 manatdan 10 manata;
Gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata;
Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə 20 manat dövlət rüsumu tutulacaq. 

Tikinti obyektinin istismarına icazənin verilməsi üçün 60 manat rüsum tutulacaq.

Bank, birja və xarici hüquqi şəxslərin filialının qeydiyyatı üçün rüsum 220 manatdan 300 manata qaldırılır.

İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə 2500 manat dövlət rüsumu tutulacaq.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə üçün 50 manat rüsum tutulacaq.

- Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün rüsum 20 manat
- Qeydiyyat üçün müraciət olunan tarixə  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar üçün rüsum 20 manat 
- zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması 1 məmulat üçün 2 manatdan 3 manata, qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizası (1 ədəd üçün) 2 manatdan 3 manata,  
- qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsi (hər bir daş üçün) - 20  qəpikdən 50 qəpiyə, 
qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsi (1 ədəd üçün) – 6 manatdan 10 manata, ad damğasının ilk dəfə qeydiyyata alınması üçün  rüsum 4 manatdan 10 manata;
Daşınmaz əmlaka görə çıxarışın alınmasına görə 30 manatdan 50 manata, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi – 50 manatdan 75 manata qaldırılır. 

- Mövsümi ticarət yerlərinə görə Bakı şəhəri üzrə rüsumlar 60 manatdan 90 manata;
- Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 20 manatdan 30 manata;
- Digər regionlar üzrə isə 10 manatdan 15 manata;
malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə tutulan dövlət rüsumu 20 manatdan 30 manata;
- dənizçilik sahəsində dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamənin verilməsi 50 manatdan 65 manata;
Əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı 20 manatdan 30 manata;
Seleksiya nailiyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası üçün 10 manatdan 20 manata;
Patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün – 20 manatdan  30 manata qaldırılır.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, yanvarın 1-dən Azərbaycanda qumar oynayanlar 5 min manat cərimə ediləcək.
Belə ki, qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.

Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletlə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, bu gündən qumar oyunlarının təşkili və keçirilməsi cinayət məsuliyyəti yaradacaq.




Oxşar xəbərlər