Mexaniki qaz sayğaclarının sıfırlanacağı tarix açıqlandı


  • 13:42 / 02 01 2022 |
  • Bölmə: Sosial / Hadisə


"Azəriqaz" İstehsalat Birliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mexaniki qaz sayğaclarından istifadə edən abonentlər üçün güzəştli limitin sıfırlanacağı tarixlə bağlı açıqlama verib. 

"Rupor" xəbər verir ki, "Azəriqaz" rəsmisi "Qafqazinfo"ya açıqlamasında belə deyib: 

“Bütün proses yanvar ayının 10-dək tamamilə yekunlaşacaq. Vətəndaşın 365 günü - bir ili yanvarın 10-dan gələn il yanvarın 10-dək hesablanır. Yəni vətəndaşın 365 gününə dəyilmir”. 

“Azəriqaz” İB mexaniki-elektron qaz sayğaclarının qeyd olunan nömrəyə göndərilən dekabrın 31-dən yanvarın 1-ə keçən gecə çəkilmiş fotoşəklinin hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacağını açıqlamışdı. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabrın 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır.

Sayğacların sıfırlanması ilə bağlı problemin birdəfəlik həlli üçün həm mexaniki, həm də smart sayğaclara xüsusi cihazlar yerləşdiriləcək. Birlikdən verilən məlumata görə, bu vasitə ilə onlayn formada sərfiyyat yoxlanılacaq, onlayn ödəniş mümkün olacaq, həmçinin, limitlərinin sıfırlanması prosesi də asanlaşacaq. 



Oxşar xəbərlər