Sayğaclar avtomatik sıfırlanacaq


  • 11:18 / 07 01 2022 |
  • Bölmə: Sosial


“Azəriqaz” İB-nin yeni sifariş etdiyi sayğaclarda limit sıfırlanmaları növbəti ildən etibarən avtomatik şəkildə mümkün olacaq”.

"Rupor" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev məlumat verib. O qeyd edib ki, 2022-ci ildən başlayaraq “Gəncəcihazqayırma” zavoduna 10 min ədəd mexaniki tipli yeni sayğaclardan sifariş edilib:
“Yeni mexaniki sayğacların üstünə qurğu quraşdırılacaq. Bu sayğaclarda sərfiyyat mərkəzləşdirilmiş qaydada yoxlanılacaq. Sayğaclarda limit sıfırlanmaları növbəti ildən etibarən avtomatik şəkildə mümkün olacaq. Hazır olduqda həmin sayğacların effektivliyinə baxacağıq. Cihazlar “Azəriqaz İB”nin hesabına abonentlər üçün qoyulacaq. Sistem özünü doğrultsa, bundan sonra həmin sayğaclardan qoyulacaq. Yanvarın sonundan bu sistemi tətbiq etməyə başlayacağıq”.

Xatırladaq ki, “Azəriqaz İB” bu il qaz sayğaclarındakı limit sıfırlanması prosesinin yanvarın 10-a kimi davam edəcəyini bildirib. Bu isə vətəndaşlar arasında narazılığa səbəb olub. Onlar həmin müddətə qədər hesablanan sərfiyyatın dekabr ayına aid ediləcəyini, bununla da ziyan görəcəklərini deyirlər. 




Oxşar xəbərlər