Elmi-publisistik jurnalın yeni buraxılışı çap olundu


  • 13:38 / 07 01 2022 |
  • Bölmə: Sosial


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” elmi-publisistik jurnalının növbəti – 5-ci buraxılışı işıq üzü görüb.

"Rupor" xəbər verir ki, on bir rubrikadan ibarət olan buraxılışda öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının, həmçinin Aİİ-nin tələbə və məzunlarının yazıları yer alıb.

Jurnalın budəfəki sayı “Rəsmi guşə” rubrikası ilə başlayır. Rubrikada “Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışı” və “Birinci vitse-prezident Mehriban Əliyevanın Zəfər Günü münasibətilə xalqa təbriki” başlıqlı yazılar yer alıb.

“Təhsil” rubrikasında Aİİ rektoru Aqil Şirinovun “Dünyəvi dövlətdə din təhsili” sərlövhəli məqaləsi dərc edilib.

“Cəmiyyət və din” rubrikasında “Məhəmməd peyğəmbərin əxlaqı: bugündən baxış”; “Qlobal mənəvi böhran və İslamın dözümlülük anlayışı”; “Kərbəla”; “Azad təfəkkürün hekayəsi: İbrahim peyğəmbər” adlı məqalələr dərc olunub.

“Uşaqların dini təlim-tərbiyəsinin psixoloji aspektləri” başlıqlı məqalə jurnalın “Psixologiya” rubrikasında yer alıb.

“Müasir müəllimin fəaliyyətində yaradıcılıq amili”; “XX əsrdə din və maarifçilik”, “Əndəlüsdə elm və onun Avropaya təsiri” sərlövhəli məqalələr “Tədris” rubrikasında dərc edilib.

“Erməni faşizmi”; “O payız nur yaydı aləmə”; “Keçdi xəyalımdan öz gözəl yurdum”; “Poladqəlbli, Mübarizbaxışlı Vüqar” mövzusunda yazılar “Vətənpərvərlik” rubrikasında yerləşdirilib.

“Dəyərlərimiz” rubrikasında “Din – mənəvi dəyər kimi” başlıqlı məqalə verilib.

“Fəlsəfə” rubrikasında “İslam fəlsəfəsinin müasir dövrdəki problemləri”; “İnsana üç fərqli baxış, yaxud ruh, zəka və bədənmərkəzlilik” başlıqlı məqalələr yer alıb.

“Azərbaycan və ərəb dilləri üzrə tərcümə: nəzəriyyə, təcrübə və problemlər”; “İslam nasist Almaniyasının siyasətində (1939-1945)” kitabının müəllifi ilə müsahibə”; “Nizami Gəncəvi yaradıcılığı: Azərbaycandan dünyaya doğan Günəş” sərlövhəli yazılar “Ədəbiyyat və tərcümə” rubrikasında dərc olunub.

Aİİ tələbələrinin “Allahın varlığına dair əxlaq dəlili”; “Quranda oruc ibadəti”; “Təvəkkül”; “Qədr gecəsi”; “İslam asanlıq dinidir”; “Quranda təkəbbür haqqında”; “Mömin kimə deyilir”; “Qurani-Kərimdə Qurban”; “İnfaq”; “Təqva”; “İslam qanunlarına görə evlilik” başlıqlı məqalələri jurnalın “Baxış bucağı” rubrikasında yer alıb.

“Pakistan-Azərbaycan dostluğunun tarixi” sərlövhəli yazı “Dostluq” rubrikasında dərc olunub.

Jurnalın sonuncu – “Düşüncələr” rubrikasında “Mənim Ana dilim, mənim can dilim” mövzusunda məqalə verilib.
 



Oxşar xəbərlər