179 min manatdan artıq vəsait büdcəyə qaytarıldı - Hesabat


  • 14:09 / 07 01 2022 |
  • Bölmə: Sosial


Milli Televiziya və Radio Şurası (MTRŞ) ötən il dövlət büdcəsindən maliyyələşmiş vəsaitdən 179.360,79 (bir yüz yetmiş doqquz min üç yüz altmış manat yetmiş doqquz qəpik) vəsaiti büdcəyə qaytarıb.

"Rupor" xəbər verir ki, bu barədə-MTRŞ-dan məlumat verilib.

Qeyd olunub ki, ötən ilin 15 fevral - 17 mart və 7 iyun - 7 iyul tarixlərində elan edilən tender üzrə cəmi 2.600,00 (iki min altı yüz) manat büdcədənkənar vəsait daxil olub və bu vəsait dəftərxana ləvazimatlarının alınmasına sərf olunub, bundan başqa keçən verilən lisenziyalardan isə 1.620,00 (bir min altı yüz iyirmi) manat büdcədənkənar vəsait daxil olub. Bu vəsaitdən 1.030,13 (bir min otuz manat on üç qəpik) işçilərə mükafat olaraq verilib, qalan vəsait isə əmək haqqından tutulmalara və bank xidməti xərclərinə sərf olunub, 2,83 (iki manat səksən üç qəpik) vəsait isə büdcəyə qaytarıb.




Oxşar xəbərlər