
Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.
"Rupor" xəbər verir ki, hadisə bu gün günorta saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş verib.
Belə ki, QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə o dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır.
