Yanğın olan məktəbdə ənənəvi dərslər başladı


  • 09:54 / 10 01 2022 |
  • Bölmə: Sosial


Ötən həftənin V günü yanğın baş vermiş Bakı şəhərindəki 84 nömrəli tam orta məktəbdə tədris ənənəvi qaydada davam edir.

"Rupor" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”ya bildirilib.

Məktəbin işıq, su və istiliklə təminatı normaldır.

Qeyd edək ki, yanvarın 7-də baş vermiş yanğın səbəbindən məktəbdə tədrisin bir günlük distant qaydada təşkili zərurəti yaranmışdı.




Oxşar xəbərlər