Əbdürrəhman Vəzirov Moskvada dəfn olunacaq


  • 14:47 / 10 01 2022 |
  • Bölmə: Sosial / Hadisə


Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində dəfn olunacaq.

"Rupor" xəbər verir ki, bu barədə  Rusiya bürosuna mərhumun yaxınları məlumat verib.

Ə.Vəzirovun həyat yoldaşının məzarının yanında torpağa tapşırılacağı gözlənilir.

Qeyd edək ki, Ə.Vəzirov 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olub. O, 1988-1990-cı illərdə Azərbaycan SSRİ-yə rəhbərlik edib. 1990-cı il 20 Yanvar hadisələrindən sonra o, Rusiyaya köçüb və ömrünün sonuna qədər orada yaşayıb.




Oxşar xəbərlər