Omicrona qarşı effektiv peyvənd hazırlanacaq


  • 18:45 / 10 01 2022 |
  • Bölmə: Sosial


COVID-19-un Omicron ştamına qarşı effektiv peyvənd mart ayında hazır olacaq.

"Rupor" CNBC kanalına istinadən xəbər verir ki, bu barədə "Pfizer"in icraçı direktoru Albert Burla bildirib.

Onun bildirib ki, şirkət artıq ilkin dozaların istehsalına başlayıb.

Albert Burla peyvəndin COVID-19-un digər variantlarını da hədəf alacağını vurğulayıb. O, Omicron peyvəndinə ehtiyac olub-olmamasının və ya necə istifadə ediləcəyinin hələ də bəlli olmadığını, lakin bəlli dozaların hazır olacağını bildirib.

İcraçı direktor qeyd edib ki, peyvəndin mümkün qədər tez hazırlanmasını istəyən hökumətlər var.




Oxşar xəbərlər