Nazirlikdən valideynlərə müraciət


  • 15:01 / 11 01 2022 |
  • Bölmə: Sosial


Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.

"Rupor"  xəbər verir ki, Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda uşaqların internet asılılığından xilas olması üçün müvafiq tövsiyələr verilib. Onlar aşağıdakı kimidir:
- övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək  üçün telefondan, planşetdən istifadə etməyin;
- övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual "dost"lar axtaracaq; 
- günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;
- övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;
- övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;
- övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.




Oxşar xəbərlər