"Bahalaşmadan çox da narahat deyiləm" - Tahir İmanov


  • 13:42 / 13 01 2022 |
  • Bölmə: Sosial


“Ruzini verən Allahdır. Ona görə də mən bahalaşmadan çox da narahat deyiləm”.

"Rupor" xəbər verir ki, bu sözləri Bakupost.az-a Əməkdar artist Tahir İmanov unun və bir çox ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib.

O, bildirib ki, bu məsələləri əslində, siyasətçilər, iqtisadçılar şərh etməlidir:

"Mən bu haqda heç nə deyə bilmərəm. Ən azından ona görə ki, siyasətçi deyiləm. Bununla bağlı siyasətçilər danışsınlar. O ki qaldı bahalaşmaya, ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur".




Oxşar xəbərlər