Şəhid polkovnikin xatirəsinə bulaq açıldı - Video


  • 14:26 / 15 01 2022 |
  • Bölmə: Sosial / Cəmiyyət


Bu gün şəhid polkovnik-leytenantı Telman Miriyevin xatirəsinə həsr edilmiş bulağın açılışı olub.

"Rupor" xəbər verir ki, açılışda Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, şəhidin ailə üzvləri, sakinlər və digər şəxslər iştirak edib.

Açılışda çıxış edən Adil Əliyev bildirib ki, şəhidlərimizin adına küçə, məktəb, bulaq və s. açılmasının gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük rolu var:

“Belə bir övladlarımızı, qardaşlarımızı itirmək bizim üçün çox ağırdır. Onlarla qürur duyuruq. Şəhidlərimizin, qazilərimizin hesabına 30 il işğal altında olan torpaqlarımız cəmi 44 gündə azad olundu. Qoy bu müharibə millətimiz, dövlətimiz üçün sonuncu olsun. Bu soyuq havada səngərdə torpaqlarımızı qoruyan qardaşlarımız var. Allah onları qorusun!”.





Oxşar xəbərlər