"e-manat" əhalini narazı saldı “Azəriqaz” açıqlama yaydı


  • 23:34 / 16 01 2022 |
  • Bölmə: Sosial


"Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi zamanı yaşanan problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyi açıqlama verib.

Rupor bildirir ki, açıqlamada deyilir: 

"Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi ancaq "e-manat" tipli terminallarda mümkündür. Həmin terminallarda proqram dəyişikliyi olub. Yenilənmə olmuş aparatlarda bu ödənişi həyata keçirmək mümkün deyil.  Bu barədə rəsmi şəkildə "e-manat" şirkətinə də müraciət olunub. Bu cavabı aldıq ki, hələlik metrolarda olan aparatlarda yenilənmə olmadığından karta pul yükləmə yalnız orada mümkün ola bilər. Bu isə müvəqqəti problemdir”.




Oxşar xəbərlər