Gənclər "20 yanvar qəhrəmanlıq salnaməsi" mövzusunda tədbir keçirdi - Fotolar


  • 18:12 / 19 01 2022 |
  • Bölmə: Sosial


Qeyd İctimai Birliyinin təşkilatçılığı ilə "20 yanvar qəhrəmanlıq salnaməsi" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə Milli Məclisin üzvləri, jurnalistlər, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Gəncələr öncə Şəhidlər xiyabanını ziyarət edib, şəhidlik zirvəsinə ucalanların ruhuna dualar oxuyublar. 

"Rupor" xəbər verir ki, mərasimi İctimai Birliyin sədri Tural Nurməmmədov giriş sözü ilə açaraq, bildirib ki, Azərbaycan gəncliyi öz tarixini hər zaman dəyərləndirib, xalqın yaşadığı hadisələrdən düzgün qərarlar çıxarmağı bacarmalıdır.

Millət vəkili Vüqar İskəndərov 20 Yanvar hadisələrinə qədərki siyasi müstəviyə işıq salaraq həmin dövrün mənzərəsini daha aydın şəkildə izah etdi. 20 Yanvar hadisələrinin törədilməsinə yaradılan zəmin, ermənilərin planlı şəkildə həyata keçirdiyi təxribatların Azərbaycanın parçalanması məqsədi daşıması mövzusunda ətraflı danışan deputat Azərbaycan xalqına qarşı törədilən bu qətliama ilk olaraq Ulu öndər Heydər Əliyevin məhz Moskvada açıq etiraz etdiyini detallarına qədər xatırlatdı. 

Millət vəkili Ceyhun Məmmədov 20 Yanvar hadisələrini tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsi olaraq qiymətləndirdi. Belə bir faciənin yaşanmasını sovet imperiyasının adalətsiz davranışı ilə əlaqələndirdi. Deputat Heydər Əliyevin hakimiyyətə gəlişi ilə 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verildiyini, xalqımıza qarşı törədilən bu amansız faciənin mahiyyətinin bu günə kimi bütün dünyaya düzgün çatdırılmasında böyük rol oynadığını diqqətə çatdırdı. 

Millət vəkili Jalə Əhmədova qazilərimizə Vətən uğrunda göstərdikləri şücaətə görə dərin təşəkkürünü bildirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə görülən işləri xatırladan deputat bildirdi ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərərək bütün sahələrdə yüksək səviyyəli inkişafa nail oldu. 20 Yanvardan başlanan yolun əbədi qələbəyə apardığını söyləyən Jalə Əhmədova düzgün qurulan xarici siyasətin, siyasi və iqtisadi islahatların, demokratik üsul idarənin, milli dəyərlərin, xalq-iqtidar birliyinin, gücləndirilmiş ordunun nəticəsində və bütün bunların önündə gedən Ali Baş Komandan İlham Əliyevin fenomen bacarığı sayəsində 44 günlük Dəmir Yumruq əməliyyatının nəticəsində Azərbaycan dünyada qalib ölkə adını qazandı.

Rupor.az saytının baş redaktoru  Ceyhun Musaoğlu  20 Yanvar hadisələrində sovet imperiyasının xalqı necə "media blokadası"na saldlğı barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, imperiyanın süngüsündən qorxmayan xalq  informasiya blokadasndan çıxaraq kimliyini sübut etdi və ölkəsinin müstəqilliyinə nail ola bildi.  Baş redaktor Ali Baş Komandanın liderliyi ilə Vətən müharibəsində qazanılan qələbənin də xalqın Vətən sevgisindən, unutqan olmamağından, işğalda olan torpaqları azadlığa çıxaracağı inamından yarandığını diqqətə çatdırdı. 

Vətən müharibəsi qazisi Zakir İmanov qələbə nəticəli müharibədən qürur duyduğunu bildirdi, keçdiyi şərəfli döyüş yolundan danışdı.

Sonda xatirə şəkli çəkdirildi.

Elnurə Cəfərzadə











Oxşar xəbərlər