Bakıda mənzildə kişi meyiti tapıldı


  • 23:57 / 19 01 2022 |
  • Bölmə: Sosial


Bakı şəhərinin Səbail rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Rupor” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Abbasov Fuad İzi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.




Oxşar xəbərlər