
20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bir qrup dağçı yürüş edib.
"Rupor" Bakupost.az-a istinadən xəbər verir ki, “Golden Rock Guba” alpinizm klubunun üzvləri Tural Əfəndiyev, Məhəmməd Cəfərov və Araz Əhmədov 19 yanvar saat 05:00-da Qubanın Xınalıq kəndindən yürüşə çıxıblar.
20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən yürüş Quba rayon Şəhidlər xiyabanında başa çatıb.
İdmançılar ümumilikdə 52 km məsafəni uğurla qət ediblər.











