Dağçılar şəhidlər üçün yürüşə çıxdılar - Fotolar


  • 15:03 / 20 01 2022 |
  • Bölmə: Sosial / Bölgə


20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bir qrup dağçı yürüş edib.

"Rupor" Bakupost.az-a istinadən xəbər verir ki, “Golden Rock Guba” alpinizm klubunun üzvləri Tural Əfəndiyev, Məhəmməd Cəfərov və Araz Əhmədov 19 yanvar saat 05:00-da Qubanın Xınalıq kəndindən yürüşə çıxıblar.

20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən yürüş Quba rayon Şəhidlər xiyabanında başa çatıb.

İdmançılar ümumilikdə 52 km məsafəni uğurla qət ediblər.



























Oxşar xəbərlər