
Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları 20 Yanvar faciəsinin 32-cü ildönümü münasibəti ilə Şəhidlər xiyabanını ziyarət edib.
“Rupor” xəbər verir ki, bu barədə səfirliyin Tvitter səhifəsində paylaşım edilib.
Paylaşında bildirilir: “20 Yanvar Ümumxalq Hüzn Günü münasibəti ilə səfirlik əməkdaşlarımız Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər qoyublar”.


